Burada axtar

YAXTA SATIŞI VƏ SERVİS MƏRKƏZİ

“Absheron Marine” beynəlxalq yaxta və kater brendlərinin rəsmi nümayəndəsi olaraq satış və texniki xidmət sahəsində tam həllər təqdim edir.

“Sea Breeze”-də yerləşən şourumumuzda yeni modellərin satışı həyata keçirilir və müştərilərimizə peşəkar məsləhət xidməti göstərilir. Satışdan sonra isə əsas prioritetimiz uzunmüddətli və keyfiyyətli servis təmin etməkdir.

Şirkətimizin servis mərkəzində təlim keçmiş mühəndislər və ustalar tərəfindən aşağıdakı xidmətlər göstərilir:

  • Texniki baxış və diaqnostika
  • Mühərrik və mexaniki işlər
  • Elektronika və avadanlıq quraşdırılması
  • Mövsümi konservasiya və qışlama
  • Təmir və texniki dəstək

Məqsədimiz yaxta sahiblərinə satınalmadan sonrakı etibarlı və davamlı texniki xidmət təqdim etməkdir.